20 Şubat 2016 Cumartesi

Uğurlarım


Azərbaycanda  ilk “Qunduz” müsabiqəsi 6 aprel 2014-cü ildə İsmayıllı rayonunun məktəbliləri arasında keçirilib. Təhsil Nazirliyi, İsmayıllı rayon icra hakimiyyəti, İsmayıllı Rayon Təhsil şöbəsinin dəstəyi, Xəzər Beynəlxalq İnvestisiya Şirkətinin sponsorluğu və həmçinin “İSTECH” və “NEATS” şirkətlərinin təşkilati dəstəyi ilə təşkil olunmuş həmin müsabiqədə IV-IX siniflərdə oxuyan 265 şagird iştirak edib.

O cümlədən İsmayıllı şəhər Eldar Məmmədov adına 3 nömrəli məktəb-liseyin şagirdləri də bu müsabiqədə  iştirak etməklə  7 nəfər qalib oldu. 

  Mən də həmin müsabiqədə iştirak etdim və nəticədə qaliblər  sırasında oldum. 


 5, 6 və 7-ci sinif şagirdləri arasında Zonalar üzrə respublikanın 14 bölgəsində ALPLogo proqramlaşdırma mühitində olimpiada keçirildi. Rayonlarda olimpiada mərkəzləri yaradılmışdı. Ümumilikdə isə olimpiadada 159 şagird iştirak edirdi.İsmayıllı rayonunda yaradılmış mərkəzdə 42 şagird iştirak edərək respublika üzrə 10 qalib oldu. E.Məmmədov adına 3 nömrəli məkrəb-liseyin 2 şagirdi olimpiadada iştirak etməklə qalib olmuşdular. Həmin müsabiqədə Respublika üzrə I yerə layiq görülərək diplom və hədiyyələrlə təltif olundum.

Elektron Təhsil Müsabiqəsindəki uğurum

"ALPLogo" proqramlaşdırma mühitində 

müxtəlif komandalardan istifadə etməklə

 yaradılan ən maraqlı fiqur  nominasiyası 

üzrə "Bağanın düşüncələri" adlı iş təqdim 

etdim və uğur qazandım.








"Kod Saatı" təşəbbüsü  bütün dünyada uşaqdan böyüyə hər kəsi 8-14 dekabr – İnformatika Təhsili Həftəsi (Computer Science Education Week) çərçivəsində proqramlaşdırmanın əsaslarını öyrənmək və ya öyrətmək üçün bir saat ayırmağa dəvət etdi. İsmayıllı şəhər E.Məmmədov adına 3 nömrəli məktəb-liseyin şagirdləri Kod saatında iştirak  etməklə sertifikat qazandılar. O cümlədən mən də Kod saatında iştirak etməklə sertifikat əldə etdim.






7 may tarixində ALPLogo-2016 proqramlaşdırma olimpiadası keçirildi. Olimpiada 5-6 siniflər və 7-8-ci siniflər arasında keçirildi. Həmin Olimpiadada 5-6-cı siniflər arasında iştirak edərək verilən tapşırıqları yerinə yetirərək Respublika üzrə 2-ci yerə layiq görüldüm Müsabiqəniin təşkilatçılarına Ramin Mahmudzadə, İsmayıl Sadıqov, Naida İsayeva minnətdarlığımı bildirirəm ki belə müsabiqələri təşkil etməklə bizlərə şərait yaradırlar. Müsabiqənin qaliblərinin mükafatlandırılması Bakı şəhəri 283 saylı məktəbə keçirildi.














    







Hiç yorum yok:

Yorum Gönder