Musa Yaqubla görüş
Ayxan Ağazadənin blogu
Məktəbimizin müəllimləri
22 Şubat 2016 Pazartesi
21 Şubat 2016 Pazar
Azərbaycan tarixi
İbtidai icma quruluşu.
Bəşər cəmiyyətinin ilkin inkişaf dövrü ibtidai icma quruluşu adlanır. İbtidai icma quruluşu üç dövrə bölünür:
* Daş dövrü
* Tunc dövrü
* Dəmir dövrü
Dünyanın ən qədim insan məskənlərindən biri olan Azərbaycanda ilk insanlar 1,5 milyon il bundan əvvəl yaşamağa başlamışlar. Azərbaycanda qədim insanların məskunlaşmalarına şərait yaradan amillər aşağıdakılardır:
* mülayim iqlim olması;
* şirin su qaynaqlarının olması;
* qida ehtiyatının olması;
* təbii mağaraların olması.
Azərbaycandakı ən qədim insan məskənləri bunlardır:
* Qarabağda Azıx və Tağlar mağaraları;
* Qazaxda Damcılı və Daşsalahlı mağaraları;
* Naxçıvanda Qazma mağarası;
* Kəlbəcərdə Zar mağarası;
İbtidai icma quruluşunun inkişaf mərhələləri:

Azıx mağarası
İbtidai icma quruluşunun inkişaf mərhələləri:
Daş dövrü:
Daş dövrü üç mərhələyə bölünür:
* Paleolit-Qədim daş dövrü;
* Mezolit-Orta daş dövrü; * Neolit-Yeni daş dövrü;
İbtidai icma quruluşunun ilkin mərhələsi olan Paleolit dövrü də öz növbəsində üç mərhələyə bölünür.
Alt Paleolit dövrü (ilk insan tipinin (bacarıqlı insan) yaranmasından 100 min il əvvələ qədər):
Azərbaycanda bu dövr Qarabağın Quruçay vadisində yerləşən Azıx mağarasından aşkar edilmiş materiallar əsasında öyrənilmişdir. Azıx mağarasından əldə edilmiş materiallar aşağıdakılardır:
* 700 min il əvvələ aid olan ocaq izi;
* 350-400 min əvvəl yaşamış insanın (azıxantrop) alt çənə sümüyü;
* tikili qalıqları;
* daşdan düzəldilmiş əmək alətləri;
* müxtəlif heyvanların sümükləri və s.
Azıx mağarasında yaşayan insanlar ibtidai dini təsəvvürlərə malik olmuş və sadə incəsənətlə məşğul olmuşdular. Bunu Azıx mağarasında tapılmış bəzi ayı kəllələrinin üzərində cızılmış müəyyən işarələr sübut edir.
Azərbaycanda Quruçay mədəniyyəti kimi səciyyəvi olan alt paleolit dövründə insanlar kiçik qruplar halında yaşayırdılar. İlk insan kollektivi olan belə qruplar "ulu icma"adlanırdı. Kortəbii yaranan ulu icma daimi deyildi və tez-tez dağılırdı.
Məktəbimizin uğurları
E.Məmmədov adına İsmayıllı şəhər 3 nömrəli məktəb-liseyin 2014-2015-ci il məzunu Azərbaycan dillər Universitetinin I kurs tələbəsi Canalıyeva Fidan Xaqanl qızı 606 bal toplamaqla yanaşı məktəbimizin ilk qızıl medalçısı oldu.
20 Şubat 2016 Cumartesi
Özüm haqqında
Mən Ağazadə Ayxan Rəmzi oğlu 2005-ci il mart ayının 18-də İsmayıllı rayonunda anadan olmuşam.2011- ci ildə ismayıllı şəhər Eldar Məmmədov adına 3 nömrəli məktəb-liseyin birinci sinfinə daxil olmuşam. Hal-hazırda həmin məktəbin beşinci sinif şagirdiyəm.
\
ADA Universitetində Adil müəllimlə
Məktəbimizdə fəal şagirdimiz Toğrul Qasımovun təşəbbüsü ilə V-VI sinflər arasında "20 YANVAR QAN YADDAŞIMIZDIR" mövzusunda keçirilən ESSE müsabiqəsində I yerə layiq görüldüm.İştirakçıları və müsabiqənin ərsəyə gəlməsində əziyyəti olan müəllimlər Ülkər müəllimə, Cəmilə müəllimə və Toğrul Qasımov məktəb rəhbərliyi tərəfindən Fəxri Fərman və Diplomlarla təltif olundular.
Uğurlarım
Azərbaycanda
ilk “Qunduz”
müsabiqəsi 6 aprel 2014-cü ildə İsmayıllı rayonunun məktəbliləri arasında
keçirilib. Təhsil Nazirliyi, İsmayıllı rayon icra hakimiyyəti, İsmayıllı Rayon
Təhsil şöbəsinin dəstəyi, Xəzər Beynəlxalq İnvestisiya Şirkətinin sponsorluğu və
həmçinin “İSTECH” və “NEATS” şirkətlərinin təşkilati dəstəyi ilə təşkil olunmuş
həmin müsabiqədə IV-IX siniflərdə oxuyan 265 şagird iştirak edib.
Mən də həmin müsabiqədə iştirak etdim və nəticədə qaliblər sırasında oldum.
5, 6 və 7-ci sinif şagirdləri arasında Zonalar üzrə
respublikanın 14 bölgəsində ALPLogo proqramlaşdırma mühitində
olimpiada keçirildi. Rayonlarda olimpiada mərkəzləri yaradılmışdı. Ümumilikdə isə
olimpiadada 159 şagird iştirak edirdi.İsmayıllı rayonunda yaradılmış mərkəzdə 42 şagird iştirak edərək respublika
üzrə 10 qalib oldu. E.Məmmədov adına 3 nömrəli məkrəb-liseyin 2
şagirdi olimpiadada iştirak etməklə qalib olmuşdular. Həmin müsabiqədə Respublika üzrə I yerə layiq görülərək diplom və hədiyyələrlə təltif olundum.
Elektron Təhsil Müsabiqəsindəki uğurum
"ALPLogo" proqramlaşdırma mühitində
müxtəlif komandalardan istifadə etməklə
yaradılan ən maraqlı fiqur nominasiyası
üzrə "Bağanın düşüncələri" adlı iş təqdim
etdim və uğur qazandım.

"Kod Saatı" təşəbbüsü bütün dünyada uşaqdan böyüyə hər kəsi 8-14 dekabr – İnformatika Təhsili Həftəsi (Computer Science Education Week) çərçivəsində proqramlaşdırmanın əsaslarını öyrənmək və ya öyrətmək üçün bir saat ayırmağa dəvət etdi. İsmayıllı şəhər E.Məmmədov adına 3 nömrəli məktəb-liseyin şagirdləri Kod saatında iştirak etməklə sertifikat qazandılar. O cümlədən mən də Kod saatında iştirak etməklə sertifikat əldə etdim.
7 may tarixində ALPLogo-2016 proqramlaşdırma olimpiadası keçirildi. Olimpiada 5-6 siniflər və 7-8-ci siniflər arasında keçirildi. Həmin Olimpiadada 5-6-cı siniflər arasında iştirak edərək verilən tapşırıqları yerinə yetirərək Respublika üzrə 2-ci yerə layiq görüldüm Müsabiqəniin təşkilatçılarına Ramin Mahmudzadə, İsmayıl Sadıqov, Naida İsayeva minnətdarlığımı bildirirəm ki belə müsabiqələri təşkil etməklə bizlərə şərait yaradırlar. Müsabiqənin qaliblərinin mükafatlandırılması Bakı şəhəri 283 saylı məktəbə keçirildi.

Kaydol:
Kayıtlar (Atom)